SİYASƏT


Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib

Fevralın 21-də Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi bildirilib.