MƏDƏNİYYƏT


Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlərə start verilib

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qazaxıstanda keçirilməsi nəzərdə tutulan geniş miqyaslı tədbirlər silsiləsindən birincisi artıq reallaşdırılıb. Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib.