ELM VƏ TƏHSİL


“Xocalı soyqırımı dünya mediasında” mövzusunda “dəyirmi masa” keçirilib

Bakı şəhəri İlqar Məmmədov adına 298 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı dünya mediasında” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da çıxış edən müəllimə Elnurə Məmmədova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışıb.