ELM VƏ TƏHSİL


Birinci sinfə qəbul üzrə 30 000-dən çox sorğu yerləşdirilib

Fevralın 24-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 30 000-dən çox sorğu yerləşdirilib. Bakı Şəhər üzrə Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 29 minə yaxını ümumi təhsil məktəblərini, 2 minə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.