SİYASƏT


Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb

Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajlarda Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb edirlər. Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş etdirilib.