İDMAN


Şabranda Novruz bayramına həsr olunan ənənəvi at yarışlarının qalibləri mükafatlandırılıb

Martın 16-da Şabranda Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışlarının qalibləri müəyyənləşib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın final mərhələsi rayonunun Rəhimli kəndində keçirilib. Bu mərhələdə birincilik uğrunda 21 çapar mübarizə aparıb. Finalçılar 68 kəndi və Şabran şəhərini təmsil edən iştirakçılar arasından seçilib.