CƏMİYYƏT


Binəqədidə daha bir küçədə yenidənqurma işləri aparılır

Bakı şəhərində avtomobil yollarının, küçə və prospektlərin yenidən qurulması və reabilitasiyası çərçivəsində Binəqədi rayonunda 1076 metr uzunluğa malik yol və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Biləcəri-Binəqədi yolu ilə birləşdirən 4-cü döngə küçəsi yenidən qurulur.