CƏMİYYƏT


Siyəzəndə üç avtomobil yolu yenidən qurulur

Siyəzən rayonunda ümumi uzunluqları 56.6 km olan və 37.3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu yollardan biri Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur. Uzunluğu 17.1 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.