CƏMİYYƏT


İtaliyada təhsil alan azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə inteqrasiyası layihəsi çərçivəsində növbəti görüş keçirilib

Romada Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “İtaliyada təhsil alan azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib. İtaliyanın ən böyük tələbə-gənclər təşkilatlarından bir olan “Sapienza in Movimento” təşkilatının nümayəndəsi Antonio Lodise görüşdə çıxış edərək qurumun keçirdiyi tədbirlərdən, azərbaycanlı tələbələrin təşkilatda təmsilçiliyindən, reallaşdırılan layihələrdən danışıb.