RƏSMİ


Prezident İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb. AZƏRTAC xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd etdi ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır.