MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib. AZƏRTAC xəbər verir ki, sərgidə müasir incəsənət nümunələri – baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib. Sərginin açılış mərasimində çıxış edən Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov burada yer alan əsərlərin rəssamların yüksək istedadından xəbər verdiyini söyləyib.