CƏMİYYƏT


Sabah hava dəyişkən buludlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10°, gündüz 12-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir.