MƏDƏNİYYƏT


Zaqatalada baharın gəlişi böyük təntənə ilə qeyd olunub

Novruz Zaqatala rayonunda da ümumxalq bayramı kimi, böyük sevgi və ruh yüksəkliyi qeyd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli birliyimizin rəmzinə çevrilən bu el bayramı münasibətilə martın 20-də Zaqatala şəhərindəki XIX əsrə aid tarixi memarlıq abidəsi “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumxalq şənliyi keçirilib. Bayram tədbirində minlərlə zaqatalalı və şəhərin qonaqları iştirak ediblər.