MƏDƏNİYYƏT


Fəvvarələr meydanında bayram yarmarkası davam edir

Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə martın 20-dən Fəvvarələr Meydanında bayram yarmarkası açılıb. Yarmarka çərçivəsində ölkənin müxtəlif regionlarından folklor ansamblları, həmçinin tanınmış müğənnilər Bakı sakinləri və şəhərin qonaqları qarşısında çıxış edirlər. Novruz yarmarkasında ziyarətçilər milli tətbiqi sənət nümunələri, o cümlədən zərgər məmulatları, suvenirlər, geyimlərlə və s. tanış olur, həmçinin milli mətbəximizin ləziz təamlarından dadırlar.