MƏDƏNİYYƏT


Pekində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib

Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və Tacikistanın Çindəki səfirliklərinin birgə təşkilatçılığı ilə Pekində Novruz şənliyi keçirilib. AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumları rəsmilərinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədəki Azərbaycan və Mərkəzi Asiya ölkələri icmalarının nümayəndələrinin iştirak etdikləri şənlik açıq havada təşkil olunub.