SİYASƏT


Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib

Aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkarlanaraq məhv edilib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.