MÜSAHİBƏ


Kaxa Şengeliya: Azərbaycan universitetləri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik

Azərbaycan təhsilin sürətlə inkişaf etdiyi dövlətlər sırasında əhəmiyyətli yer tutan ölkələrdən birinə çevrilməkdədir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda beynəlxalq təhsil konfransında iştirak edən Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) prezidenti Kaxa Şengeliya bildirib.