CƏMİYYƏT


Xaçmazda ağacəkmə kampaniyası çərçivəsində 200-dən çox ting əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə təşkil etdiyi aksiyada yüzdən çox təbiətsevər könüllü iştirak edib. Aprelin 22-dək davam edəcək kampaniya çərçivəsində rayonun təbiətinə uyğun olan meşə ağacları və meyvə tingləri əkilir. Budəfəki aksiya rayonun Qusarçay kəndində, meşə fonduna aid yaşıllıq zolaqlarında aparılıb.