CƏMİYYƏT


Türkiyəli mütəxəssislər astaralı arıçılarla təcrübə mübadiləsi aparıblar

Türkiyəli mütəxəssislərin iştirakı ilə Astarada keçirilən seminarda qonaqlar yerli arıçılara öz təcrübələrindən danışıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, arıçılıq üzrə ixtisaslaşmış türkiyəli professor Banu İcəl təlim məşğələsində yerli fermerlərə əldə olunan balın keyfiyyəti barədə məlumat verib və bu sahənin inkişafı barədə tövsiyələrini çatdırıb. Bildirib ki, bölgənin arıçılıq üçün əlverişli imkana malik olması, saxlanılan arının irqi yüksək keyfiyyətli balın əldə olunmasına şərait yaradır.