CƏMİYYƏT


Bakı Metrosunun yeni qatarı vətəndaşların istifadəsinə verilib

Bakı metrosunda istismara buraxılan yeni qatarlar əvvəlki qatarlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarda havalandırma və kondisioner sistemi var. Qatar 5 vaqondan ibarətdir və vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır. Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur.