SİYASƏT


Müdafiə Nazirliyi Ermənistanda baş verən siyasi proseslərlə əlaqədar bəyanat yayıb

Müdafiə Nazirliyindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir: “Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir. Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir.