MÜSAHİBƏ


Sevinc Fətəliyeva: Növbəti dəfə ikili standartların AŞPA-da hökm sürdüyünün şahidi olduq

Növbəti dəfə ikili standartların hələ də AŞPA-da hökm sürdüyünün şahidi olduq. Azərbaycanda hər hansı kiçik bir hadisə olan kimi onun şişirdir, müzakirəyə çıxardır və günlərlə müzakirə edirlər. Ancaq bu gün Ermənistanda gedən ciddi proseslərə toxunulmur, müzakirə edilmir, heç onlardan danışılmır. Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.