SİYASƏT


Vaşinqtonda və Los-Ancelesdə ermənilər 1915-ci il hadisələri ilə bağlı nümayiş keçiriblər

Qondarma “erməni soyqırımı”nın 103-cü ildönümü ilə əlaqədar ermənilər aprelin 24-də Vaşinqtonda və Los-Ancelesdə nümayiş keçiriblər. 1915-ci il hadisələri barədə ABŞ Prezidentindən “soyqırımı” sözü eşitməyə və ABŞ Konqresində qətnamənin qəbuluna bu il də nail ola bilməyən erməni lobbisi növbəti kütləvi şounu Türkiyə səfirinin Vaşinqtondakı iqamətgahı və Los-Ancelesdəki konsulluğu qarşısında təşkil edib.