MƏDƏNİYYƏT


Xaçmazda metal üzərində bədii döymə əsərlərindən ibarət sərgi açılıb

Mayın 17-də Xaçmaz Dövlət Rəsm Qalereyasında metal üzərində bədii döymə ustası Zeydulla Ağayevin əl işlərindən ibarət sərgi təşkil edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində təşkil edilən sərginin məqsədi bu kimi sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir.