CƏMİYYƏT


İmişlidə qabarma və çökmə yaranan yol yenidən qurulur

İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu 14 km olan İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulması 7 yaşayış məntəqəsinin 26 mindən artıq əhalisinin ürəyincə olub.