CƏMİYYƏT


78 yaşlı kişinin onurğa kanalında riskli əməliyyat həyata keçirilib - Əməliyyat otağından REPORTAJ

Xəstəni əməliyyat edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim-neyrocərrahı Cəmil İsgəndərov AZƏRTAC-a müsahibəsində deyib ki, bu problem əsasən yaşlı insanlarda üzə çıxır. Əsas əlamətləri isə qol və ayaqlarda ağrılar, bir müddət sonra isə zəiflik, keylik hissiyatlarıdır. Xəstələr bunu özləri müalicə etməyə çalışarkən xəstəliyin daha da inkişaf etməsinə şərait yaradırlar.