CƏMİYYƏT


Sabah Bakıya yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacağı gözlənilir.