CƏMİYYƏT


Novruz qarı: Ləzədə 17, Qırızda 11 santimetr

Qubanın ucqarda yerləşən Qırız və Xınalıq, həmçinin Qusar rayonunun Ləzə kəndinin sakinləri Novruz bayramını qarlı hava ilə qarşılayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 18-dən başlayaraq yüksək dağlıq ərazilərdəki yaşayış məntəqələrinə qar yağıb. Qar yağması ilə əlaqədar temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.