CƏMİYYƏT


Qarabağda atüstü oyunların yaşadıldığı kənd - Şahsevən

Ağcabədi rayonunun Şahsevən kəndi Azərbaycanda atçılıq ənənələrinin, o cümlədən çövkən oyununun qorunub saxlanıldığı yaşayış məntəqələrindəndir. Bu kənddə demək olar ki, hər ailədə at bəslənilir. Kənd cavanları at sürmək məharəti ilə bütün Qarabağda tanınırlar. Kəndin komandası da respublikamızda hər il keçirilən çövkən yarışlarında fəal iştirak edir, mükafata layiq yerlər tutur.