CƏMİYYƏT


Quba-Xınalıq yolu qar uçqunları səbəbindən bağlanıb

Martın 20-də baş verən qar uçqunları səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Həmin istiqamətdəki 7 kəndlə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-38-ci kilometrliyində, ona yaxın yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-4 metrə çatır.