MƏDƏNİYYƏT


Yalnız kişilərin bişirdiyi ləziz şirniyyat- Quba paxlavası

Azərbaycan şirniyyatı bütün dünyada məşhurdur. Milli mətbəximizdə undan hazırlanan şirniyyat məmulatının 30-dan çox növü var. Quba paxlavası bu şirniyyatlar arasında özünəməxsus yer tutur. Paxlava bişirən hər kəs səbr, dözüm və fiziki gücə sahib olmalıdır. Əks halda qaynar sobanın ətrafında çox tab gətirmək mümkün deyil. Məhz buna görə də Qubada paxlavaçıların hamısı kişilərdir.