CƏMİYYƏT


Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir

2019-2023-cü illər üçün Azərbaycanda meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi meyvəçiliklə bağlı ixrac potensialını artırmaq, əhalinin meyvəyə olan tələbatını tam ödəməkdir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisi Eldar Quliyev bildirib.