CƏMİYYƏT


Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb

Mayın 16-da Bakıda "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti" keçirilir.

Sammitin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.