RƏSMİ


Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulandı, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirildi.