SİYASƏT


Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və himayəsi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri Çinin vitse-prezidenti Van Çişan Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Çin Xalq Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Çinin inkişafı, dünya üçün imkanlar" mövzusunda 17-ci ali səviyyəli toplantısının iştirakçıları ilə görüşündə deyib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çinin inkişafı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan toplantıların təşkilinə görə təşəkkür edib.