SİYASƏT


Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” mövzusunda seminar öz işini sessiyalarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi siyasətçilərin və təcrübəçilərin məlumat mübadiləsinin və potensialının gücləndirilməsinə kömək etmək, dövlət xidmətlərinin gender həssaslığını artırmaq üçün innovativ təcrübələr əsasında sahələrarası və ölkələrarası biliyi əhatə etmək, xidmətlərin bütün qadın və qızlara, xüsusən də müxtəlif ayrı-seçkilik formalarına məruz qalanlara çatmasının necə təmin oluna biləcəyini müzakirə etmək olub.