SİYASƏT


İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı?

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı?” mövzusunda sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada Elektron Hökumətin İnkişafı Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov, “Ledgerstate” kompaniyasının yaradıcısı Jandricek Damir, Keyfiyyətə Nəzarət üzrə Amerika Cəmiyyətinin üzvü Sunil Thavani, “Third Millennium Governance” təşkilatının rəhbəri Jeremi Millard, Tailandın Dövlət Sektorunun İnkişafı Komissiyasının baş katibinin müavini Areepan Çaroensuk və başqaları çıxış edərək innovativ texnologiyaların imkanlarından, innovativ sistemlərin tətbiq olunmasının üstünlüklərindən danışıblar.