SİYASƏT


Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün rəqəmsal transformasiyaya keçid” mövzusunda paralel seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin tətbiqinin dəstəklənməsi üçün rəqəmsal hökumətin və qabaqcıl texnologiyaların necə istifadə ediləcəyi məsələsi nəzərdən keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədləri rəqəmsal hökumət sahəsində mövcud qlobal və regional tendensiyaların, o cümlədən dövlət sektorunda yeni texnologiyaların tətbiqinin DİM-ə nail olunmasında yardımçı, artan və sürətləndirici rolu ilə bağlı problemləri və imkanları təhlil etmək olub.