RƏSMİ


Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb

İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESKO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirdi.