CƏMİYYƏT


Bakı metrosunda siqaret çəkən şəxs cərimələnib

Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub. Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən videogörüntülər araşdırılaraq qısa zamanda həmin şəxsin kimliyi müəyyən edilib. 

Amil Səmədov, Bakı Metropolitendə PŞ-nin baş inspektoru

“DİN və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi əsasında axtarış tədbirləri həyata keçirildi. Müəyyən edildi ki, həmin görüntülər 14 iyul 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixinə keçən zaman “28 May” “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib.”