CƏMİYYƏT


Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlər zamanı Bərdə rayonunun Bəciravan kəndi ərazisində antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sexə baxış zamanı əməkdaşlar müəssisədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən “saçaqlı pendir” istehsal olunduğu ilə rastlaşıblar.