CƏMİYYƏT


Binəqədidə avtoxuliqanlıq edən sürücü həbs olundu

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək videoları sosial şəbəkələrdə yayımlayan sürücünü saxlayıb. Belə ki, Abşeron rayon sakini Bayramov Feyzi Salman oğlu idarə etdiyi 90 UF 314 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə rayon ərazisində avtoxiliqanlıq etdiyi üçün o, saxlanılaraq barəsində Polis Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarına əsasən Feyzi Bayramov 20 gün müddətinə inzibati həbs edilib və 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub.