RƏSMİ


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşü və aparılan müzakirələri xatırladı, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə etdi.