RƏSMİ


Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması hər zaman diqqət mərkəzindədir

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlandı, onlarla söhbət etdi.