RƏSMİ


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin tədbirində iştirak edib

Avqustun 26-da Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib.
“Burada toplaşanların bir arzusu var - ərazi bütövlüyümüzün tezliklə bərpası”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dedi. Komitə sədri ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.