MƏDƏNİYYƏT


“Qız Qalası. Qadın olmaq” festivalında 10-dan çox ölkənin mədəniyyət aktivistləri iştirak edəcək

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşlar ilə birlikdə sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda (Quba, Gəncə) “Qız Qalası. Qadın olmaq” (“MAIDEN TOWER. To Be a Woman") beynəlxalq müasir incəsənət festivalı keçirəcək.
Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir və festival ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir.