ELM VƏ TƏHSİL


Klayv Marşal ADA Universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal oktyabrın 3-də ADA Universitetində olub.
AZƏRTAC xəbər verir ki, tələbələr qarşısında mühazirə ilə çıxış edən Klayv Marşal sosial medianın sürətlə inkişaf etdiyi dövrdə KİV-in, xüsusən informasiya agentliklərinin önəmindən, xəbərin dəqiqliyi və sürətli ötürülməsinin əhəmiyyəti barədə fikirlərini böluşub, bu istiqamətdə mövcud imkanlardan danışıb.