CƏMİYYƏT


Tərtərdə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib

Tərtər rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir" şüarı altında yürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib.