QAN YADDAŞI


Ankarada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Etiməsqut rayon bələdiyyəsi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə konfrans təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, Etiməsqut rayonunda keçirilən konfransın iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.