CƏMİYYƏT


Üzərində “Makarov” markalı tapança gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev t utulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.